Modern.az

Putin və Sərkisyan Qarabağı dərindən müzakirə edəcək – AÇIQLAMA

Putin və Sərkisyan Qarabağı dərindən müzakirə edəcək – AÇIQLAMA

Təhsil

28 Mart 2015, 22:00

 

“24 apreldə Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini dərindən müzakirə edəcəklər”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının  MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskiy deyib.  

O, Dağlıq Qarabağ münaqişəsi zərif və kövrək materiya kimi xarakterizə edib. Rusiyalı deputat vurğulayıb ki, Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupu və prezidentlərin üçtərəfli formatda görüşü səviyyəsində danışıqlar aparılır. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də qondarma erməni soyqırımının 100 illik tədbirində iştirak etmək üçün Yeravana gedəcək.

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə