Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər 7-də açılan seçki məntəqələri axşam 7-yə qədər açıq olacaq.
Seçki kampaniyası 2014-cü il dekbarın 26-da başlayıb. Prezident kürsüsünə 4 siyasi partiyanın namizədi iddialıdır. Özbəkistanın 20 ildən artıqdır əvəzsiz prezidenti olan İslam Kərimovun namizədliyini Özbəkistan Liberal-Demokrat Partiyası irəli sürüb.
Xalq-Demoktarik Partiyasından Hatamjon Ketmanov, “Milli tiklanış” Partiyasından Akmal Səidov, “Adolat” Partiyasından isə Narimon Umarov prezident kürsüsü uğrunda mübarizə aparacaq. Səsvermə prosesini beynəlxalq təşkilatların nümayəndələri də müşahidə edəcək.
Modern.az