Azərbaycanda su anbarına qayıqla qanunsuz daxil olan şəxs tutulub. Modern.az saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirlib. Belə ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax şəhəri, Varvara su anbarı ərazisində 1 nəfər rezin qayıqla qadağan olunmuş zonaya daxil olub. Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat ötən axşam saat 22:10-da başa çatıb.
Modern.az