Modern.az

Səna aeroportu fəaliyyət qabiliyyətini itirib

Səna aeroportu fəaliyyət qabiliyyətini itirib

29 Mart 2015, 12:36


Koalisiya qüvvələri paytaxt Səna aeroportu üzərində uçuşlar keçirir. Husilər tərəfindən ələ keçirilən, ballistik raketlərin saxlandığı ehtimal edilən hərbi baza məhv edilib.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, koalisiya qüvvələrinin Səna aeroportunu bombalaması nəticəsində aeroport fəaliyyət qabiliyyətini itirib.   "Hava zərbələri Yəmən paytaxtının aeroportunu sıradan çıxarıb"- deyə Yəmənin mülki aviasiya rəhbəliyi bildirib.  

Xatırladaq ki, Səudiyyə Ərəbistanı başçılığı ilə koalisiya qüvvələri cümə axşamından etibarən paytaxt Sənanı havadan bombalayır.

Məlumatlara görə, şənbə günü endirilən zərbələr zamanı ballistik raketlərin saxlandığı ehtimal edilən hərbi baza məhv edilib.

Şahin Qocayev

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə