Modern.az

Xaçmaz rayonunda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi MƏLUMAT

Xaçmaz rayonunda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi MƏLUMAT

29 Mart 2015, 13:23


2014-cü il oktyabrın 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis Şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.  

Modern.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda müraciət əsasında Xaçmaz RPŞ-də Binnət Seyidov barəsində axtarış işi açıldığı, müvafiq araşdırmalar aparıldığı bildirilib.  

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə B.Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb.

Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.  

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq B.Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyatı üzrə məhkəmə-tibbi ekspertizasına verilib.  

Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, scinayətin törədilməsində istifadə edilmiş “TOZ-16” markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə