Modern.az

Vahid Əhmədov Novruz bayramını seçiciləri ilə keçirib - FOTOLAR

Vahid Əhmədov Novruz bayramını seçiciləri ilə keçirib - FOTOLAR

29 Mart 2015, 16:43

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Novruz bayramında Quba rayonunda seçiciləri ilə görüşüb.

Modern.az xəbər verir ki, rayon mərkəzindəki Novruz şənliklərində iştirak edən deputat əvvəlcə seçicilərini bayram münasibəti ilə təbrik edib, sonra Quba və qonşu Xaçmaz rayonlarının sakinlərini qəbul edib.

Görüşə gələn 28 seçici mənzil şəraitlərinin   yaxşılaşdırılması, fərdi ev tikintisi üçün inşaat materiallarının ayrılması, işədüzəlmə, müalicə üçün yardımların olunması və bir sıra başqa məsələlərin həlli üçün Vahid Əhmədovdan yardımçı olmasını istəyiblər. Məlumatda qeyd edilir ki, bəzi məsələlər operativ həll edilib, qalanları nəzarətə götürülüb.

Bundan sonra qəbul zamanı seçicilərin qaldırdıqları məsələlər Quba rayon İcra  Hakimiyyətində də müzakirə   olunub, problemlərin həlli ilə bağlı bağlı fikir   mübadiləsi aparılıb.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə