Fransanın cənubunda, Alp dağlarında qəzaya uğrayan Aerobus A320 təyyarəsinin ikinci pilotu Andreas Lyubitsanın sevgilisi hamilədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, alman Katrin Qolbax müəllim işlədiyi məktəbdə şagirdlərə ana olacağını deyib. Qadın hamilə qaldığını bir neçə həftə əvvəl müəyyən edib. “Mirror” qəzetinin məlumatına görə, gələcək uşağın atası məhz Andreas Lyubitsdir.
Jurnalistlər onu da öyrəniblər ki, Katrin və Andreas yeniyetmə yaşlarında qızın doğma şəhəri Montabauredə tanış olublar. Onlar Burger King qəlyanaltısında birgə işləyiblər. Cütlük 7 ilə yaxın görüşüb və münasibətlərini rəsmiləşdirməyiblər. Andreas 4 il əvvəl pilot lisenziyasını alıb və onlar Katrinlə Düsseldorfa gəliblər. Qolbax hətta xoşbəxt olub və Lyubitslə ərə getməyi planlaşdırıb. Ancaq son zamanlar münasibətləri korlanıb. Belə ehtimal olunur ki, Lyubits “Germanwings”in stüardessası ilə xəyanət edib.
Xəbər verildiyi kimi, Katrinlə əlaqələri qorumaq üçün Andreas ona avtomobil hədiyyə edib və həmin maşın təyyarə qəzasından 5 gün əvvəl onun evinə gətirilib. Andreas Lyubitsin təyyarəni dağa çırpmasında şübhəli bilindiyi xəbəri yayılandan sonra Katrin Fransaya gedib ki, gələcək övladının atasının 149 nəfərin ölümündə həqiqətən günahkar olduğunu öyrənsin.
Barselonadan Düsseldorfa uçan Germanwings hava şirkətinə məxsus Aerobus A320 martın 24-də havaya qalxdıqdan 45 dəqiqə sonra radarlardan itdə 144 sərnişin və 6 ekipaj üzvü olub. Onların hamısı hadisə zamanı həlak olub.
Modern.az