Modern.az

Elman Rüstəmov Mərkəzi Bank rəhbərliyində yenidən namizəd oldu

Elman Rüstəmov Mərkəzi Bank rəhbərliyində yenidən namizəd oldu

30 Mart 2015, 10:31

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə iki üzv seçiləcək.  Modern.az saytı xəbər verir ki, Milli Məclisdən (MM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında" layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.

Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

Modern.az-ın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir. Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.

Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə