Modern.az

Girovlardan ailələri üçün məlumat alınıb

Girovlardan ailələri üçün məlumat alınıb

30 Mart 2015, 10:58

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib.

Bu barədə Modern.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Komitə rəsmisi qeyd edib ki, baş çəkmə bir neçə gün əvvəl baş tutub:

“Qızıl Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. 

Ermənilərin təxribatçı adlandırdığı  Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunub. “Məhkəmə” hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə