Özbəkistanın hazırki prezidenti İslam Kərimov 90,39 faiz səs toplayaraq 4-cü müddətə bu vəzifəyə seçilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbəy Əbusalamov məlumat verib:
“İslam Kərimova seçicilərin 90,39 faiz, yaxud 17,2 milyon nəfər seçici səs verib”.
Komissiya sədri seçici fəallığının 85 faiz olduğunu deyib. ATƏT-dən olan beynəlxalq müşahidəçilər isə seçicilər arasında bərabər rəqabət mühitinin olmamasını və bütün təbliğat-təşviqat kampaniyasının İslam Kərimov üzərində cəmləşdiyini bəyan edinlər.
Modern.az