Suriyada vətəndaş müharibəsi sürərkən, Rusiyanın Dəməşq ilə silah razılaşması əldə etdiyi ortaya çıxdı. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu açıqlamanı şəxsən Suriya dövlət başçısı Bəşər Əsəd verib. O, Rusiya KİV-nə açıqlamasında deyib: “Suriyada 2011-ci ildə ortaya çıxan böhran ərəfəsi razılaşmalar olduğu kimi, böhran sonrası imzalanan silah və əməkdaşlıq razılaşmaları da var və bu an tətbiq olunur”.
Rəsmi Moskva isə Dəməşqə silah tədarükünün vətəndaş müharibəsi çıxmadan əvvəl əldə edilən razılaşmalar əsasında edildiyini bildirirdi. Əsəd Rusiyanın təmin etdiyi silahların həcmi ilə əlaqədar məlumat verməzkən, Suriyada 5-ci ilinə girən vətəndaş müharibəsində 220 min adam həyatını itirib, milyonlarla adam da yurd-yuvasından didərgin düşüb. Modern.az