Hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, eks-deputat Fikrət İsmayılov bu gün səhər vəfat edib. Bu barədə Modern.az saytına YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Fizika-riyaziyyat elmləri doktoru, professor Fikrət İsmayılovun bu yaxınlarda 80 yaşı tamam olub O, 1992-ci ildən YAP-ın üzvü idi. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edirdi.
Modern.az