Modern.az

Orta məktəbi bitirə bilməyənlər yenidən imtahan verəcəklər

Orta məktəbi bitirə bilməyənlər yenidən imtahan verəcəklər

Təhsil

31 Mart 2015, 11:46

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı şəhər Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, qeydiyyat aprelin 1-dən 20 –nə qədər iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək. Qeydiyyat üçün tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti; 2 ədəd 3x4 ölçüdə fotoşəkil; Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış; Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün); Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə. Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqdır. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər. Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.   Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə