Rusiya prezidenti Vladimir Putin sentyabr ayında BMT-nin Nyu-Yorkda keçiriləcək 70-ci yubiley sessiyasında çıxış edə bilər. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, etibarlı mənbələrin məlumatına görə, səfər hazırlığı gedir, ancaq konkret qərar avqust ayında veriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskov da bu variantın müzakirə olunduğunu təsdiqləyib.
Həmin sessiyada müzakirə olunacaq əsas məsələlərdən biri bir neçə Qərb ölkəsinin, o cümlədən Rusiyanın BMT Təhlükəsizlik Şurasında daimi üzv kimi veto hüququnun məhdudlaşdırılmasıdır.
Modern.az