Modern.az

Qızıl medal qazanan karateçilərə bahalı hədiyyələr verilib - FOTOLAR

Qızıl medal qazanan karateçilərə bahalı hədiyyələr verilib - FOTOLAR

Təhsil

31 Mart 2015, 18:34

Ülvi Quliyev: “Azərbaycan Prezidenti dünya karateçilərinə böyük stimul verdi”

 

Gənclər və idman naziri Azad Rəhimov İstanbulda Karate üzrə 50-ci Avaropa çempionatında uğurla çışıx edən Azərbaycan karateçilərini qəbul edib.

Görüşdə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidenti, millət vəkili Ülvi Quliyev və təşkilatın 1-ci vitse-prezidenti Fizuli Musayev, həmçinin Azərbaycan Milli Karate Federasiyasının (AMKF) 1-ci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi nümayəndəsi İlham Qasımzadə ilə birgə qitə çempionatında medallara sahib olan heyət iştirak edib.   

Nazir Azad Rəhimov Bakı 2015 1-ci Avropa Oyunlarının  favoritlərindən sayılan karateçilərimizin 2 qızıl, 1 gümüş və komanda yarışlarında 3-cü nəticə göstərməsini yüksək dəyərləndirərək, bu uğurun qarşıdakı məsul yarışlarda davam etdiriləcəyinə inandığını söyləyib.

Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı qısa məlumat verən nazir həmçinin qeyd edib ki, bu ərəfədə karateçilərin Avropa çempionatından ürəkaçan nəticə ilə dönmələri onlar üçün əlavə bir stimul oldu. A. Rəhimov müharibə şəraitində olan Azərbaycanda karate kimi döyüş idman növləri ilə məşğul olan gənclərin daha çox olmasını arzuladığını ifadə edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Mirkamil Rəhimov nazirliyin hər zaman karateçilərə dəstək olduğunu bildirib.

AKFA-nın prezidenti, millət vəkili Ülvi Quliyev dövlət tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü çatdıraraq karatenin Biricinci Avropa Oyunlarının proqramına daxil edilməsinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin təşəbbüsünün bütün dünya karateçilərinə böyük stimul vediyini vurğulayıb:

“Nəinki Azərbaycan karateçiləri bütövlükdə dünya karateçiləri bu məsələdən çox məmnundular. Azərbaycan Birinci Avropa İdman Oyunlarına ilk ev sahibliyi edəcək. Bu, tarixi hadisədir. Karatenin də bu oyunlara daxil edilməsi dünya karatesi tarixində bənzərsiz bir hadisədir. Karateçilər hesab edirlər ki, bu, karateinin dünya olimpiadalarına salınması yolunda atılan ilk və nəticə verəcək bir addımdır. Ona görə hər birimiz prezidentə minnətdarıq”.

Ülvi Quliyev 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil edilən bu məsul yarışlarda karateçilərimizin öz töhfəsini verəcəklərinə inandığını deyib. AKFA-nın vitse-prezidenti Fizuli Musayev karateçilərimizin hər zaman etimadı doğrultuqlarının sevindirici hal olduğunu söyləyib.

AMKF-in 1-ci vitse-prezidenti və ABB rəsmi nümayəndəsi İlham Qasımzadə görüşün təşkilinə görə, Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür edərək federasiya prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında qarşıya qoyulan vəzifəyə böyük məsuliyyətlə yanaşıldığını söyləyib.

O bildirib ki, baş məşqçi Rəhman Hətəmovun rəhbərliyi altında milli komandamızın uğurlar qazanması üçün baş sponsor tərəfindən bütün işlər yüksək səviyyədə qarşılanır. Birinci Avropa Oyunlarına qısa müddətin qalmasını nəzərə alaraq hazırlıq işlərinin daha güzcləndirilmiş dövrə keçdiyini deyən İ.Qasımzadə, yarışların ilk günlərində Azərbaycan xalqını bir daha sevindirəcəklərini vurğulayıb.

Görüşün sonunda  Avropa çempionatında fərqlənən karateçilərə qiymətli hədiyyələr təqdim edilib.

 


Modern.az

 

   
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə