Modern.az

Ermənistanın iqtisadi artımı sıfıra bərabər olacaq – AÇIQLAMA

Ermənistanın iqtisadi artımı sıfıra bərabər olacaq – AÇIQLAMA

31 Mart 2015, 19:03
Ermənistanın iqtisadi artımı sıfıra bərarbər olacaq. Modern.az-ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Dünya Bankı proqnozlaşdırır ki, Ermənistanın iqtisadi artım sıfıra yaxın olacaq.  

Bu haqda jurnalistlərə Dünya Bankının erməni ofisinin rəhbəri Lora Beylin bildirib.

O, Ermənistan iqtisadiyyatının düşdüyü vəziyyəti dəyərləndirərək iqtisadi durğunluğun mümkün olacağını bildirib.   Beylin Ermənistan iqtisadiyyatının əhəmiyyətli dərəcədə inkişafını Rusiyada baş verə biləcək inkişafla əlaqələndirib.  

Beylin həmçinin, Dünya Bankı mütəxəsislərinin Ermənistan elektrik şəbəkələrinin maliyyə vəziyyəti ilə tanış olduqlarını bildirib. Onun sözlərinıə görə, Dünya Bankı Ermənistana enerji sektorunu reabilitasiya etmək üçün layihələr təqdim edəcək.    

Şahin Qocayev  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə