Martın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) prezidenti Henri Liunin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan rektor Səməd Seyidov onlara universitetin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, təcrübə mübadilə proqamlarından, universitetdə mövcud olan Tərcümə fakültəsinin fəaliyyətindən danışıb.
Səməd Seyidov Beynəlxalq Tərcüməçilər Federasiyası ilə ADU arasında əməkdaşlıqdan yüksək nəticələrin ərsəyə gələcəyinə inamını ifadə edib.
Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) prezidenti Henri Liu ADU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qonaq BTF-in fəaliyyəti, həyata keçirilən tədbirlər, prioritet istiqamətlər haqqında ətraflı məlumat verib. H. Liu Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının 2012-ci ilin oktyabr ayından BTF-ə müşahidəçi üzv kimi qəbul edildiyini diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı təlimlər, seminarların təşkil edilməsi, təcrübə mübadiləsi, tərcümə ilə bağlı məsələlər, tərcüməçilərin maraqları və hüquqları haqqında fikir mübadiləsi aparılıb.
Modern.az