Modern.az

Göygöldə kəndlinin 400 cücəsi tüstüdən boğuldu

Göygöldə kəndlinin 400 cücəsi tüstüdən boğuldu

Təhsil

1 Aprel 2015, 00:50



Göygöl rayonu, Xaqani kəndində vətandaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Modern.az xəbər verir ki, Fövəladə Hallar Nazirliyindən onu da bildiriblər ki, yanğın zamanı tövlənin içərisində olan 400 ədəd cücə tüstüdən boğularaq tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə