Modern.az

Edamlarla bağlı 2014-cü ilin HESABATI

Edamlarla  bağlı 2014-cü ilin  HESABATI

Təhsil

1 Aprel 2015, 10:21


Beynəlxalq Əfv təşkilatı 2014-cü ilin edam cəzalarını açıqlayıb.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, beynəlxalq təşkilat "2014-ci ilin Edam Cəzaları" adlı hesabatında, 2013-cü ildə olduğu kimi 2014-ci ildə də 22 ölkədə edamların reallaşdığı bildirib.

Xüsusilə Misir və Nigeriyada verilən edam cəzalarında artım yaşandığı göstərilib. Belə ki, keçən il bir əvvəlkinə nisbətən təxminən 500 adamın edam cəzasına məhkum edildiyi qeyd edilib. 2014-cü ildə verilən edam cəzaları isə 2013-ci ilə nisbətən 28% artıb. Nigeriyada 2014-ci ildə 659 adama, Misirdə isə 509 adama edam cəzası verilib.  

Çin, Pakistan, İran və İraqda "terrorizm"lə günahlandırılan şəxslərin edam edilməsini göstərən təşkilat, bundan başqa Şimali Koreya, İran və Səudiyyə Ərəbistanı hökumətlərin insanların fərqli siyasi baxışları olması səbəbiylə onları edam cəzasına məhkum edilməsini bildirib. İordaniya və İndoneziya kimi ölkələrdə isə cinayət cəzasına məhkum edilən şəxslər edam cəzasına məhkum edilib.  

Hesabatda, dünyada ən çox edamın Çində reallaşdırıldığı bildirilir. Ölkədəki edam sayının gizlədilməsi səbəbiylə rəqəmlərin təyin edilməsini çətin olmasını vurğulayan təşkilat hər il Çində minlərlə insanın edam edildiyi bildirib.  

Çindəki məlumatlar istisna olmaqla 2014-ci ildə dünyada 607 adamın edam edildiyi bildirilir. Ümumilikdə Beynəlxalq Əfv təşkilatının verdiyi məlumata görə, 2013-ci ildə dünyada 1925 adam edam cəzasına məhkum edilibsə, 2014-ci ildə bu rəqəm 2466-a çatıb.    

Şahin Qocayev

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə