Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların Çağlayan Ədliyyəsinə girməsi və prokuror Mehmet Səlim Kirazı girov götürmələrindən danışıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rumıniyada səfərdə olan Rəcəb Tayyib Ərdoğan terrorçuların binaya vəkil libasında girdiyini bildirib.Qeyd edək ki, Martın 31-də gecə saatlarında Türkiyədə terrorçuların girov götürdüyü prokuror Mehmet Səlim Kirazın azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçulardan 2-si məhv edilib.
Xüsusi əməliyyat nəticəsində girovluqdan azad edilən prokuror Mehmet Səlim Kiraz xəstəxanada vəfat edib. O, əməliyyat xəstəxanaya yaralı olaraq aparılmışdı. Ərdoğan prokurorun başəndan 2, bədənindən isə 3 güllə yarası aldığını söyləyib.
Modern.az