Modern.az

Keçmiş diktator prezident oldu

Keçmiş diktator prezident oldu

Təhsil

1 Aprel 2015, 10:53


Nigeriyanın Mərkəzi Seçki Komissiyası Məhəmməd Buxarini prezident seçkilərinin qalibi elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş diktator 15 milyon 424 min 921 səs toplayıb.

Onun rəqibi olan indiki prezident Qudlak Conatana isə 12 milyon 853 min 162 nəfər səs verib. Bu Nigeriyanın tarixində ilk hadisədir ki, hakimiyyət demokratik seçki yolu ilə müxalifətin əlinə keçir. Dövlət başçısı seçkiləri martın 28-də keçirilib.

Qudlak Conatan qələbə münasibətilə rəqibini təbrik edərək, seçkilərin şəffaf keçirildiyini etiraf edib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə