Modern.az

Nemtsovun sevgilisi qatili tanımaq üçün Moskvaya çağırıldı

Nemtsovun sevgilisi qatili tanımaq üçün Moskvaya çağırıldı

Təhsil

1 Aprel 2015, 10:56


Rusiya Prokurorluğu tanınmış müxalif siyasətçi Boris Nemtsovun qətlə yetirlidiyi zaman onun yanında olan ukraynalı sevgilisi Anna Duritskayanı ifadə vermək üçün Moskvaya dəvət edə bilər.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Duritskaya Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən killeri tanımaq üçün Rusiyaya gələcək.

“Duristkaya Nemtsovla 3 il əvvəl tanış olub və bu müddət ərzində onun yanında olub. Ona görə də kafedə, yaxud küçədə onların qarşısına çıxan killeri və ya şübhəli şəxsləri xatırlaya bilər. Məhz bu səbəbədən cinayət işi ilə bağlı həbs edilən bütün şəxslər Duritskayanın qarşısına çıxarılacaq. Ola bilsin ki, o kimisə tanısın”, - istintaqçılardan biri mətbuata məlumat verib.    

Modern.az 

 

 

 

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə