Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsi əməkdaşları axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində meyit tapıblar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tapılan meyitin 2006-cı ilin iyun ayında itkin düşən Sabirabad rayon sakini Mərifət İsmayılov olması müəyyən edilib.
Modern.az