Modern.az

Eldəniz Quliyevin hökmü dəyişmədi

Eldəniz Quliyevin hökmü  dəyişmədi

1 Aprel 2015, 13:05

Aprelin 1-də Apelyasiya Məhkəməsində Milli Şuranın üzvü Eldəniz Quliyevin işindən verilən şikayətə baxılıb.

Ötən Apelyasiya Məhkəməsində Nəsimi rayon Məhkəməsinin qərarının ləğvi və işə bəraətverici əsaslarla xitam verilməsi istənilib. Məhkəmə şikayəti təmin etməyib. Apelyasiya Məhkəməsinin bu qərardan Ali Məhkəməyə verilən şikayət də təmin olunmayıb. Mahiyyəti üzrə iş yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarılıb.

Vəkil Elçin Sadıqov Modern.az saytına deyib ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyev iştirak etməyib: “Hökmü  dəyişdirilmədən qüvvədə saxlanıldı. Növbəti addım kimi Ali Məhkəməyə şikayət veriləcək. Şikayətimiz təmin olunmasa, Avropa İnsan  Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək onu 480 saat müddətində ictimai işlərə və 1000 manat cəriməyə məhkum edib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə