Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

1 Aprel 2015, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın hərarəti gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə