Rusiyalı müxalifətçi İlya Yaşin həmkarı Boris Nemtsovun öldürülməsinə görə Çeçensitanın başçısı Ramzan Kadırovu ittiham edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaşin öz Facebook səhifəsində yazıb:
“Ötən gün demokartik hərəkatı təmsil edən müxalif siyasətçilərlə çox faydalı görüş keçirdik. Görüşdə Mixail Kasyanov, Aleksey Navalnı, Qennadi və Dmitri Qudkov, Vladimir Rıjkov, Andrey Neçayev iştirak ediblər”.
İlya Yaşinin sözlərinə görə, görüşdə Boris Nemtsovun qətli ilə bağlı araşdırma barədə müzakirə aparıblar: “İlk növbədə Boris Nemtsovun qətlini müzakirə etdik. Heç bir şübhəmiz yoxdur ki, bu cinayətdə Kadırovun əli var. Ona qarşı müvafiq istintaq tədbirləti həyata keçirilməlidir. Razılaşdıq ki, hamımız birlikdə buna çalışacayıq və istintaq prosesini diqqətlə izləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, yalnız icraçılar deyil. Nemtosu qətlə yetirməyi sifariş edən şəxslər də qanun qarşısında cavab versin”.
Yaşin Moskva meriyaslına müraciət edərək Boris Nemtsovun xatirəsinin əbədilıəşdirilməsini də xahiş edəcəklərini deyib.
Modern.az