“AXCP-nin qurultayının nə vaxt keçiriləcəyi məlum deyil”. Bunu Modern.az saytına AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.
O, bildirib ki, partiyanın müvafiq strukturlarında proqram layihəsi müzakirə olunur: “Partiyanın rayon təşkilatlarında konfranslar keçirilir. Bu konfranslar başa çatandan sonra, qurultayın dəqiq vaxtı müəyyən olunacaq. Yəqin ki, yaxın vaxtlarda yekunlaşar. Sonra təşkilat komitəsi növbəti qurultayın vaxtını müəyyən edəcək”.
Fuad Qəhrəmanlı onu da əlavə edib ki, partiyada müzakirələr parlament seçkisi istiqamətində aparılmır: “İndiki halda partiyanın gündəmdə olan məsələ kütləvi aksiyaların yüksək səviyyədə keçirilməsinə nail olmaqdır”.
Yeganə OQTAYQIZI