Modern.az

İsveçrədən qondarma soyqırımı tədbirinə heç kim gəlməyəcək

İsveçrədən qondarma soyqırımı tədbirinə heç kim gəlməyəcək

Təhsil

1 Aprel 2015, 17:20

Avropada daha bir dövlət qondarma soyqırımla bağlı tədbirdə yüksək nümayəndə heyəti ilə iştirtak etməyəcək. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, aprelin 24-də nəzərdə tutulan tədbirdə İsveçrə yalnız səfir səviyyəsində təmsil olunacaq. Bu haqda İsveçrə Konfederasiyasının federal orqanlarının rəsmi saytlarında da məlumat verilib.

İsveçrə Türkiyə və Ermənistan arasında münasibətlərin nizamlanmasında başlıca rol oynayan bir ölkədir. 2009-cu ildə gündəmə gətirilən Surix protokollarında baş vermiş hadisələri tədqiq etmək üçün hər iki dövlətin müstəqil tarixçilərindən ibarət komitə yaradılması öz əksini tapıb.

Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə