Modern.az

Müsavat başqanının müavininin məhkəməsi başladı

Müsavat başqanının müavininin məhkəməsi başladı

Təhsil

1 Aprel 2015, 17:26

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimovun işi üzrə hazırlıq iclası keçirilib. Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Fərəc Kərimov da iştirak edib: “İclasda əməliyyata rəhbərlik etmiş Ceyhun İmamverdiyev və hal şahidi Rövşən Məmmədov ifadə verdi. Onların ifadələrində işin xüsusiyyətləri ilə bağlı kifayət qədər ziddiyyətlər var. Fərəc Kərimov əməliyyat qrupuna rəhbərlik etmiş şəxsə sual verdi ki, Xankəndidə Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzünə duran ermənilərlə öz aranızdakı fərqi nədə görürsünüz? Hakim bu sualı çıxardı.

Fərəc və Sirac qardaşlarının həbsi siyasi motivlərlə bağlıdır. Buna görə də sənədləşmədə kifayət qədər ziddiyyətlər ortaya çıxır. Növbəti proses aprelin 8-də davam edəcək”.

Fərəc Kərimov iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Onun iyulun 17-də tutulan qardaşı Sirac Kərimliyə də eyni ittiham irəli sürülüb. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə