Modern.az

İstanbulda polis məntəqəsinə silahlı hücum

İstanbulda polis məntəqəsinə silahlı hücum

1 Aprel 2015, 21:15


İstanbulda polis məntəqəsinə silahlı hücum olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəni 2 kişi və 1 qadın törədib.

Polislərin atəş açması nəticəsində basqınçılardan olan qadın öldürülüb. Onun üzərində partlayıcı qurğu  olduğu aşkar edilib.

Terrorçulardan biri saxlanılıb, digəri isə qaçıb. Hadisə nəticəsində bir polis əməkdaşı da xəsarət alıb. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə