Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində əsas şübhəli hesab olunan Zaur Dadev bəyan edib ki, qətldə iştirak etməyib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o deyib ki, etirafedici ifadəni İnquşetiyada oğurlanandan sonra təzyiq göstərilməsi və ölümlə hədələndiyi səbəbindən verib. Dadaevin sözlərinə görə, fevralın 27-dən 28-nə keçən gecə cinayət törədilən rayonda olmayıb. O, oğurlandıqdan sonra martın 5-dən 7-dək Maqas şəhərində qətl törətdiyinə məcbur edildiyini də vurğulayıb: “Oğurlanan dostum Rustan Yusupovu da öldürməklə hədələyirdilər”.
Boris Nemtsov fevralın 27-də gecə Kremlə yaxın ərazidə qətlə yetirilib. İstintaqın versiyasına görə, siyasətçi Ukraynadan olan sevgilisi Anna Duritskaya ilə gedərkən öldürülüb.Martrın 8-də Moskvanın Basmannı məhkəməsi Zaur Dadaevi, Şadid və Anzor Qubaşevıx qardaşlarını, Xamzat Baxaevi və Tamerlan Askerxanovu həbs edib. Onlara “qətl” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi qaldırılıb.
Modern.az