Modern.az

Neft platforması partladı, ölən və yaralananlar var - FOTOLAR

Neft platforması partladı, ölən və yaralananlar var - FOTOLAR

Təhsil

1 Aprel 2015, 23:25


Meksika sahillərində Remex şirkətinin Abkatun Alfa neft platformasında partlayış baş verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, 300-ə yaxın işçi evaukasiya olunub. İlkin məlumata görə, kompleksin 45 əməkdaşı xəsarət alıb, onların bəziləri yandıqlarından Syudad-del-Karmen şəhərindəki xəstəxanaya yerləşdirilib. Şirkət eyni zamanda partlayışda 4 nəfər əməkdaşının öldüyü haqda da məlumat yayıb.

Remex şirkətinin nümayəndələri bildiriblər ki, partlayış bir anda baş verib və yanğının söndürülməsinə 8 gəmi cəlb olunub. İlkin məlumata görə, insidentə səbəb mühəndis kompleksində görülən iş zamanı qaydaların pozulması olub.

Meksikanın Remex dövlət şirkəti 10 ən iri neft istehsalçısından biridir və ildə əldə etdiyi gəlirə görə Global 500-in reytinqində 36-cı yerdədir. Şirkətin mənzil-qərargahı Mexikodadır.


Modern.az  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə