Gözlənilməz bəyanatları və hərəkətləri ilə fərqlənən Venesuela prezidenti Nikolas Maduro aprelin 1-də küçənin ortasında boks döyüşünə qoşulmaqla ətrafdakıları təəccübləndirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Koxedes ştatındakı şəhərlərdən birinə gedən Maduro küçədə gənc boksçu və hip-hop stilində mahnı ifa edən Qandi Aroçu ilə qarşılaşaraq rəqibinə zarafatyana döyüşmək təklif edib. Maduro döyüş zamanı tanınmış boksçu Məhəmməd Əlinin stilindən istifadəyə cəhd edib.