Aprelin 1-də “Azadlıq-2015” seçki blokunun iclası keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutan iclasda bloka daxil olan partiyalar mövcud ictimai-siyasi vəziyyəti müzakirə ediblər.
Bu barədə Modern.az saytına KXCP sədri Mirmahmud Mirəlioğlu məlumat verib. O, bildirib ki “Azadlıq-2015” Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı dəyirmi masa keçirməyi planlaşdırır.“Aprelin 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Azadlıq-2015” seçki bloku “Dəyişən dünya və Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirəcək”.
“Azadlıq-2015” seçki blokuna KXCP, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrrt Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.
Aqşin Kərimov