Bu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalından 22-ci il ötür. Modern.az saytının məlumatına görə, işğal günü ilə əlaqədar Kəlbəcər ictimaiyyəti, Qarabağ döyüşçüləri və əlillər Şəhidlər Xiyabanını ziyarət ediblər.
Budəfəki törən ənənəvi tədbirlərdən fərqli olaraq, 20 Yanvar şəhidlərinin məzarını ziyarətlə deyil, Qarabağ döyüşlərində həlak olmuş döyüşçülərin qəbrini ziyarətlə başlayıb. Daha sonra tədbir iştirakçıları bütün şəhidlərin, o cümlədən 20 Yanvar qurbanlarını yad ediblər.
Modern.az