Modern.az

Mikayıl Cabbarov: “Müəllimlərin maaşındakı artım 30-40 faiz təşkil edir”

Mikayıl Cabbarov: “Müəllimlərin maaşındakı artım 30-40 faiz təşkil edir”

2 Aprel 2015, 12:41


Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərinin orta məktəblərində çalışan müəllimlərin maaşından danışıb. Modern.az saytı xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir deyib ki, artıq mart ayı üçün maaş artımının Bakı şəhərindəki məktəblərdə işləyən müəllimlərə ödənilməyə başlanılıb. Nazirin sözlərinə görə,  hər bir müəllimin maaşındakı artım faizi fərdidir. Bu, pedaqoji işçinin stajı və dərs yükündən asılıdır.

“Bu məsələyə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi də xüsusi açıqlama verib”, - deyən M.Cabbarovun sözlərinə görə, hazırda məktəblərdə həm müəllimlərə, həm də məktəb rəhbərliyinə bu  məsələyə dair əlavə məlumatlar verilir.

“Bu məqsədlə xüsusi işçi qrupu formalaşıb”.

Nazir maaşlarıdakı artımın təxminən 30-40 faiz civarında olduğunu qeyd edib.  Eyni zamanda bildirib ki, bundan daha çox və bir qədər az alan da müəllimlər də var.
“Bunun da səbəbi iş stajı və dərs yükü, o cümlədən gəlir vergisi sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı olaraq, hər bir vətəndaşın əməkhaqqından gəlir vergisi çıxılır”.

2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasınün 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması tapşırılıb. Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, maaşları artan müəllimlər Bakıda təxminən 30 min nəfər təşkil edir.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə