Aprelin 4-də saat 11-00-da Azərbaycanda yaşayan ahısxalı türklər Bakı şəhəri Yasamal rayonunda yerləşən (Yasamal r-nu, Yeni Yasamal 2 AZ1000 Bakı ) “Qismət” şadlıq evində “Vətən” Cəmiyyətinin sayca 9-cu qurultayını keçirəcəklər.
Bu barədə Modern.az-a adı çəkilən cəmiyyətdən məlumat verilib. Bildirilib ki, qurultayın gündəliyində əsas məsələ kimi Cəmiyyətə yeni sədrin seçilməsi, keçən dövür üçün hesabat, vətənə dönüş yolları və gələcək perespektivlər müzakirə olunacaq.
Sədrliyə namizədlər 4 nəfər mubarizə aparır- Xalid Xəliliv, İbrahim Məmmədov, İbrahim Burhanov, Sabircan Cəlilov.
Modern.az