ABŞ-ın Arkanzas ştatında yaşayan dünyanın ən yaşlı sakini Gertrud Uiver ABŞ prezidenti Barak Obamanı özünün ad gününə dəvət edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Uiverin bu il iyul ayının 4-də 117 yaşı tamam olacaq. Dünyanın ən yaşlı qadının ən böyük arzusu ad gününü Obama ilə birgə qeyd etməkdir.
“O, həqiqətən ad günün prezidentlə qeyd etmək istəyir. O, iki dəfə Obamaya səs verib və bu onun ən böyük arzudur”, - deyə Gertrudanın yaşadığı sağlamlıq və reabilitasiya mərkəzinin administratoru Ketli Linqli bildirib.
Şahin Qocayev