Modern.az

Üçüzlərin eyni gündə toyu oldu, bəylər gəlinləri seçərkən çaşdılar - FOTOLAR

Üçüzlərin eyni gündə toyu oldu, bəylər gəlinləri seçərkən çaşdılar - FOTOLAR

2 Aprel 2015, 14:05

Braziliyalı üçüz bacılar eyni gündə toy çaldırıblar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı üçüzlər dünyaya göz açdıqları ilk gündən etibarən hər şeyi eyni vaxtda edib. Bu qərarları ailə qurulması məqamında da özünü doğruldub.

Belə ki, 29 yaşındaki Rafaela, Rochele ve Tagiane adlı üçüzlər eyni gəlinliklər geyinərək, eyni gündə ailə həyatı qurublar. Bir-birindən fərqli olmağa çalışsalar da, hər zaman eyni modellərə üstünlük verən üçüzlər müəyyən zamanlarda bəylərə də çətin anlar yaşadıblar.

Lakin bəylər, ilk vaxtlar sevgililərini ayırd etməkdə çətinlik çəksələr də, bu baxımdan toy günü hər hansı çətinlik yaşamadıqlarını dilə gətiriblər.








Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə