Rusiyanın Oxot dənizində göyərtəsində 132 nəfərin olduğu “Dalnıy Vostok” balıqçı gəmisində 7 nəfər azərbaycanlı olub. Modern.az Rusiya Fövqəladə Hallar Nazirliyinin Kolıma Uzaq Şərq dairəsinin saytına istinadən xəbər verir ki, həmin şəxslər bunlardır:
Məhəmməd Səfər oğlu Səfərov (12.02.1964)
Mayilağa Ulduz oğlu Talıbov (28.12.1964)
Muradəli Qurban oğlu Məhərrəmov (09.04.1987)
Elman Sərdan oğlu Əliyev (17.10.1964)
Fazil Bilal oğlu Şakirov (23.10.1959)
Yaşar Sərdan oğlu Əliyev (13.03.1975)
İmaməddin Hidayət oğlu Sadıqov (23.02.1969).
Rusiyanın “Lifenews” saytının xilas edilən şəxslərlə bağlı açıqladığı siyahıda Rusiya vətəndaşı olan azərbaycanlılardan yalnız 3-nün adı var. Bunlar Mayilağa Talıbov, Elman Əliyev və İmaməddin Sadıqovdur. Onların sağlamlıq durumu barədə məlumat verilmir.
Gəminin göyətrəsində olan digər azərbaycanlıların adlarının həlak olanlar və itkin düşənlər siyahısında olması gözlənilir.
Maqadan şəhərindən 300 kilometr aralıda, Oxot dənizində baş verən faciə zamanı azı 54 nəfərin həlak olduğu məlumdur. Daha 15 nəfər itkin düşmüş hesab olunur. Rusiyalı həkimlər xilas edilən 76 nəfərdən 10-nun vəziyyətinin ağır olduğunu deyiblər. 43 nəfərin meyitinin artıq dənizdən çıxarıldığı bildirilir.
Gəmi qəzası ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb. Qəzanın ilikn səbəbi kimi gəminin normadan artıq yükləndiyi göstərilir.
Modern.az