Modern.az

Rusiyada batan gəminin xilasetmə işləri dayandırılıb

Rusiyada batan gəminin xilasetmə işləri dayandırılıb

2 Aprel 2015, 18:00

Rusiyanın Oxot dənizində batan “Dalnıy Vostok” gəmisinin itkin düşən üzvlərinin axtarış-xilasetmə işləri dayandırılıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Uzaq Şərqdə qaranlığın düşməsinə görə axtarışlar aprelin 3-ü səhər tezdən bərpa olunacaq. Rusiya Fövqəladə Hallar Nazirliyi bu anadək gəmi heyətinin 63 üzvünün xilas edildiyini, 56 nəfərin həlak olduğunu və daha 13 nəfərin cəsədinin axtarıldığını bildirib. Xilas edilənlər arasında 4, itkin düşən və həlak olnlar arasında isə 3 azərbaycanlının olduğu bildirilir.

“Dalnıy Vostok” gəmisinin qəzaya uğraması ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə