Modern.az

Rusiya azərbaycanlı ailələrə kompensasiya verəcək

Rusiya azərbaycanlı ailələrə kompensasiya verəcək

2 Aprel 2015, 21:40


Rusiyanın Oxot dənizində qəzaya uğrayan "Dalniy Vostok" gəmisində həyatını itirənlərin ailələrinə 1 milyon rubl kompensasiya ödəniləcək.  

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Əmək Nazirliyi məlumat yayıb.  

Ödənişlər nazirliklə Sosial Sığorta Fondu tərəfindən birgə təşkil ediləcək.

Kompensasiyalar qəza nəticəsində həyatını itirən və itkin düşmüş sayılan 3 azərbaycanlıya - Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Mayılağa Talıbovun da ailəsinə şamil ediləcək.  

Son məlumatlara görə qəza nətiəsində aralarında 4 azərbaycanlının da olduğu 37 Rusiya və 24 xarici ölkə vətəndaşı xilas edilib.  

"Dalniy Vostok" gəmisinin qəzaya uğraması nətixəsində 56 nəfər həlak olub, 13 nəfər isə itkin düşmüşlər siyahısındadır.

Hadisə yerində axtarış tədbirləri aprelin 3-ü səhər saatlarında bərpa ediləcək.  

Modern.az      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə