Avropa Birliyi Lozannadakı danışıqların nəticəsinə görə Tehrana qarşı sanksiyaları ləğv etmək haqqında qərar qəbul edib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.
Onun sözlərinə görə Avropa İttifaqı İrana qarşı nüvə məsələsində tətbiq etdiyi bütün maliyyə və iqtisadi sanksiyalara son qoyacaq.
Ali diplomat bildirib ki, ABŞ da nüvə problemi ilə əlaqədar ikinci dərəcəli iqtisadi və maliyyə sanksiyaların tətbiqini dayandıracaq.
Qeyd edək ki, Lozannada “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Tehranın nüvə proqramına dair İranla apardığı danışıqlarda razılıq əldə edilib.
Modern.az