Türkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycan üçün də gərəkli addımlar atmış Ənvər paşanın nəvəsi Osman Mayatepek ilk dəfə olaraq Azərbaycana gəlib.
Modern.az saytının məlumatına görə Osman Mayatepek bu gün səhər Fəxri Xiyabana gedərək, Azərbaycanın mərhum eks-prezidenti, görkəmli siyasi xadim Heydər Əliyevin məzaını ziyarət edi, qəbrinin üstünə gül dəstəsi qoyub.
O.Mayatepek Modern.az-a açıqlamasında Azərbaycana gəlməkdə əsas məqsədinin türk məzarlığını ziyarət etmək olduğunu deyib. Və məzarlığın Azərbaycanın mərkəzinə daşınmasını yüksək qiymətləndirib. O.Mayaktepek onu da vurğulayıb ki, ilk səfəri olsa da, Azərbaycanı çox bəyənib, şəhərdə hər şeyin yerli-yerində, oturuşmuş vəziyyətdə olduğunu görüb.
Qeyd edək ki, Osman Mayatepek babası Ənvər paşa haqqında kitab da çap edib. Həmin kitabın Bakıda da təqdimatının keçiriləcəyi gözlənilir.
“Dədəm Ənvər paşa” adlanan kitabda müharibə illərinin hərbi naziri olmuş Ənvər paşa haqqında ayrı-ayrı mənbələrdə rast gəlinən tarixi yanlışlıqlar qabardılıb və onların düzgün variantları diqqətə çatdırılıb.
Ənvər paşa Türkiyənin hərbi naziri olub. Məhz onun dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.
Şahin Qocayev