Modern.az

Azərbaycan Yaradıcılıq Fondunun Himayəçilər Şurası toplandı

Azərbaycan Yaradıcılıq Fondunun Himayəçilər Şurası toplandı

3 Aprel 2015, 12:00

Azərbaycan Yaradıcılıq Fondunun (AYF) Himayəçilər Şurasının toplantısı keçirilib. Modern.az saytı xəbər verir ki, toplantda Fondun sədri, akademik Kamal Abdulla AYF-nin yaranma tarixindən, gördüyü işlərdən söhbət açıb, yeni planlardan bəhs edib.
Sonra söz alan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov Fondun fəaliyyətinin yenidən təşkilində məqsəd və vəzifələrin nədən ibarət olduğuna diqqət çəkib və Fondun fəaliyyət proqramındakı layihələrlə toplantı iştirakçılarını tanış edib.
Yaradıcılıq Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi “Qurani-kərim motivləri əsasında hekayə müsabiqəsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Kitabi-Dədə Qorqud” dastanının ilk dəfə dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı prezidentin imzaladığı sərəncama əsasən “Basatın Təpəgözü öldürdüyü boy” və Fridrix Fon Ditsin bu boy və ümumən dastan haqqında yazdığı müqəddəməsinin 25 dilə tərcüməsi kimi artıq başlamış layihələrdən, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Bilik Fondu ilə yaxın perspektivdəki proyektlər barəsində məlumat verib.

Toplantıda Fondun fəaliyyət proqramı, gələcəkdə icra edəcəyi digər layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Toplantıda Himayəçilər Şurasının üzvləri Azərpaşa Nemətov, Məryəm Əlizadə, Məryəm Seyidbəyli, Tehran Əlişanoğlu, Etibar Babayev, Asif Hacıyev, Sərdar Fərəcov, Ziyadxan Əliyev müxtəlif təkliflərlə çıxış ediblər. Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə