Modern.az

Deputat: “Azərbaycan Qarabağdakı ermənilərə qaçqın statusu verməlidir”

Deputat: “Azərbaycan Qarabağdakı ermənilərə qaçqın statusu verməlidir”

3 Aprel 2015, 12:31

“Andranik Qriqoryan kimi ağ bayraq qaldıran ermənilərin bu cür meylləri artmaqdadır. Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı ayrı siyasət yürütməliyik”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O, “biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı” sualı ərafında mühakimə yürüdüb: “Bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir”.

Deputatın fikrincə, Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də bu məsələyə münasibət bildirib.

O qeyd edib ki, həmin ermənilərə Azərbaycan pasportu verilməlidir: “Dağlıq Qarabağdakı ermənilər bizim torpaqlarda anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aiddiyyəti orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər”.

İqbal Ağazadənin bu təklifinə spiker Oqtay Əsədov münasibət bildirib. Onun fikrincə, əgər onlara qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə