Modern.az

Türkiyəli jurnalistlər Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTOLAR

Türkiyəli jurnalistlər Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTOLAR

3 Aprel 2015, 13:45

Aprelin 2-dən Mətbuat Şurasının (MŞ) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri bu gün bir sıra ziyarətlər və rəsmi görüşlər keçirirlər.

Modern.az-ın verdiyi məlumata görə, ilkin olaraq Fəxri xiyabanda Azərbaycanın mərhum eks-prezidenti, görkəmli siyasi xadim Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edən qonaqlar daha sonra Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksinə əkil qoyublar.

Türk Şəhidliyi abidəsini ziyarət edən Türkiyənin kütləvi informasiya vasitələrinin təmsilçiləri növbəti görüşlərini Prezidenti Administrasiyasında, Milli Məclisdə, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Mətbuat Şurasında keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.

Səfərin əsas məqsədi Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərmək, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin geniş işıqlandırılmasını təmin etmək və hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dimi başçılıq etdiyi heyətə qardaş ölkənin “Sabah”, “Posta”, “Hürriyyət” qəzetlərinin, Fox, NTV, ATV, “Kanal A”, CNN Türk və digər telekanallarına, həmçinin “Anadolu” agentliyinin məsul şəxsləri daxildir.































Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə