Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyi İranla bağlı bəyanat verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İranla bağlı bəyanat verdi

3 Aprel 2015, 13:54

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) bəyanat verib. XİN mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.

“Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq. Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında  konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”-deyə bəyanatda vurğulanır.

Modern.az 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə