Bu gün Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin IV Rayon hesabat seçki konfransı keçirilib. Modern.az xəbər verir ki, konfrans yaxın zamanlarda keçiriləcək Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV ümumrespublika konfransına hazırlıq məqsədilə keçirilib. Konfrasda 240 nəfər partiyanın gənc fəalları iştirak edib. Konfrasda təşkilatı məsələlərə də baxılıb.
YAP-nın Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin Şura üzvlərinin , YAP Gənclər Birliyinin IV ümumrespublika konfransına nümayəndələr, İdarə Heyyətinin yeni tərkibi müəyyənləşərək , təsdiq olunub, Rayon Təşkilatının GB-nə yeni sədr seçilib. YAP Nəsimi rayon təşkilatının GB-nə sədr seçilmiş Elnur Rəhimov 2011-ci ildən partiyanın üzvüdür, ali təhsilinin bakalavar hissəsini Turkiyədə, magistraturanı isə İsveçrədə alıb.
Modern.az