Modern.az

“İran nüfuzunu saxladı” - Politoloq “Altılıq”la İranın “nüvə danışıqları”nı ŞƏRH ETDİ

“İran nüfuzunu saxladı” - Politoloq “Altılıq”la İranın “nüvə danışıqları”nı ŞƏRH ETDİ

3 Aprel 2015, 15:18

“BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (Altılıq) ilə İran dövləti arasında nüvə proqramı üzrə 20 ildən artıq davam edən gərginliyə son qoya biləcək razılaşma İranın dünyada yerini və rolunu möhkəmlndirəcək”.
Modern.az-ın məlumatına görə bunu “Region” Beynəlxalq Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı şərh edərkən deyib. O bildirib ki, 1979-cu il İran İslam inqilabından bəri Tehranla Vaşinqton arasında davam edən qarşıdurma sonlana bilər.

Ekspertin fikrincə, eyni zamana, dünya gücləri ilə İran arasında əldə olunan razılaşma dünyada gərginliyin azalmasına və İranın rolunun artmasına səbəb olacaq. Əldə olunan razılaşmada uduzan tərəf olmadığını bildirən Razi Nurllayev deyib ki, ABŞ başda olmaqla dünya gücləri İranın nüvə proqramını nəzarətə götürüb.

“Onların rəhbərliyi altında İran nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirəcək. Beləliklə, İranın nüvə dövlətinə çvrilməsinin qarşısı böyük ehtimalla alınmış oldu. İran isə nüfuzunu saxladı. Elə bunu istəyirdi. Həm nüvə proqramını davam etdirmək, sanksiyaları ləğv etdirmək və bununla yanaşı aşağılanmamaq. İran aşağılanmadı, əksinə dünya ilə işbirliyi qura bildi. Beləliklə, İran həm daxildə, həm də xaricdə nüfuzunu qaldırmağa nail oldu”.

Poloitoloq “altılıq” ölkələri ilə İranın əldə etdiyi razılaşmanın regiona təsiri məsələlərindən də söz açıb:

“Təkcə son beş ildə dəfələrlə İrana qarşı hərbi hücumların olacağı ilə bağlı məlumatlar yayılırdı. Bu isə heç şübhəsiz İrana qonşu dövlətləri, o cümlədən Azərbaycanı çıxılmaz duruma salırdı. Biz faktiki olaraq konkret seçim qarşısında qalırdıq. Digər yandan hərbi hücumlar Azərbaycana da öz mənfi təsirlərini göstərəcəkdi. Bu mənada İranla Qərbin anlaşması həm də ölkəmiz üçün uğurlu hal kimi qiymətləndirilə bilər. İranla anlaşmadan sonra, sanskiaylar qaldırılacaq və onun iqtisadiyyatında ciddi artım vaş verəcək. Elə bu, Azərbaycan üçün də faydalıdır. Razılaşamdan razı qalmayan yeganə ölkə İsrail dövlətidir. Amma, İran dünya ilə qaynayıb-qarışandan sonra İsrail üçün də ciddi təhlükə törədəcəyi düşüncəsində deyiləm. Əslində, İsrail İranla dost da ola bilər. Bunun üçün İsrail dövləti xarici siyasətində dəyişiklik etməli və İranı düşmən gözündə görməkdən çəkinməlidir. İstənilən halda, ABŞ-ın İsraillə strateji münasibətləri var və heç zaman Netanyahunun qorxduğu məsələnin - İsrail dövlətinin yer üzündən silinməsinə razı ola bilməz. İsrail gərək bu tip bəyənatlardan uzaq dursun. Çünki, bu tip sözlər gərginliyi daha da artırır”.

Aqşin Kərimov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə